AZ

BMT elan etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "ölüm zonası" olaraq təyin etdiyi Şifa xəstəxanasının yenidən fəaliyyətə başladığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BMT dünənki açıqlamasında Qəzzada ÜST-nin müayinə üçün getdiyi və "ölüm zonası" olaraq təyin etdiyi Şifa xəstəxanasının tədricən fəaliyyətə başladığını və xəstələrin tibbi xidmətlərdən yararlana bildiyini açıqlayıb.

Bəyanatda deyilir: “Hələ də böyük ölçüdə dağılsa da, Qəzzadakı Əl Şifa xəstəxanası yenidən həyata qayıtmağa başlayıb. Xəstələr nəhayət ki, çox ehtiyac duyduqları tibbi xidmətə çıxış əldə edirlər". BMT rəsmisi Conatan Vittall deyib: "Bu yer tam ümidsizlik və dağıntı yerindən ümid yerinə çevrilib".

Seçilən
3
sia.az

1Mənbələr