AZ

“Caspian Equipment Company” kapital artımına hazırlaşır

“Caspian Equipment Company” səhmdar cəmiyyəti (mühərrik və sürtgü yağları, akkumulyator, şin, filtr və digər ehtiyat hissələri satır) 0,1 milyon manatlıq səhm emissiyası elan edib.

Şirkət səhmlərinin emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 1 000 manatdan 100 ədəd adi, adlı, sənədsiz səhmin yerləşdirilməsi nəzərdə tutulur. Yerləşdirmə üzrə anderrayter “CPM-İnvest” investisiya şirkətidir. Bütün səhmlər satılsa, “Caspian Equipment Company”nin nizamnamə kapitalı 0,1 milyon manatdan 0,2 milyon manata yüksələcək.

Seçilən
13
turan.az

1Mənbələr