AZ

NATO Cənubi Qafqaza qoşun yeritmək istəyir - Bortnikov

Qərb guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən özünün “sülhməramlı” kontingentini Cənubi Qafqaza daxil etməyə çalışır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının iclasında deyib.

“Amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin - de-yure BMT-nin himayəsi altında və de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır. Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, AB-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti həyata keçirir”, - Bortnikov bildirib.

Onun sözlərinə görə, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa çalışır ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq.

Seçilən
6
1
axar.az

2Mənbələr