AZ

Sürixdə 5 yaşlı türk uşağı bıçaqlanıb

Sürixdə

İsveçrənin ən böyük şəhəri Sürixdə 23 yaşlı çinli 5 yaşlı üç uşağa bıçaqla hücum edib.

Reyting.az
xəbər verir ki, hücuma məruz qalan uşaqlardan biri Türkiyə vətəndaşıdır.

Polis hücumun mümkün səbəbləri barədə məlumat verməyib və şübhəlinin həbsindən sonra ictimaiyyət üçün heç bir təhlükənin olmadığını qeyd edib.

Xarici İşlər Nazirliyi bıçaqlı hücum nəticəsində yaralanan Türkiyə vətəndaşı Arasın ailəsi ilə əlaqə saxladığını və prosesin yaxından izləndiyini bildirib.

“Sürixdəki Baş Konsulluğumuz ailə ilə təmasda olaraq prosesi yaxından izləyir. Arasın tezliklə sağalmasını diləyir, ailəsinə tezliklə şəfa diləyirik”, - Türkiyə XİN qeyd edib.

V. QULİYEV
Seçilən
2
reyting.az

1Mənbələr