AZ

Tokayev: MDB kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirilməlidir

MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Şurası özünü təhlükəsizlik sahəsində səylərin əlaqələndirilməsi vasitəsi kimi təsdiqləyib və müasir şəraitdə onun rolu daha da artır.

"Report" "Kazinform" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuranın 55-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

Onun sözlərinə görə, Şura çərçivəsində operativ və analitik məlumat mübadiləsinin vaxtında aparılması regional təhlükəsizliklə bağlı çağırış və təhdidlərə qarşı mübarizənin effektivliyini artırmağa imkan verir və ölkələrimizin milli maraqlarının müdafiəsi üçün əlaqələndirilmiş yanaşmaların inkişafına töhfə verir.

K.Tokayev iclasın Birlik dövlətlərinin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətin daha da inkişafına və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, eləcə də MDB İcraiyyə Komitəsi və Antiterror Mərkəzinin nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Mənbə: report.az

Seçilən
5
2
report.az

3Mənbələr