AZ

Atəşgah Sığortadan heyvanların rifahı naminə sosial dəstək layihəsi!

®Heyvanlara qayğı göstərmək, mərhəmətlə yanaşmaq və hüquqlarını müdafiə etmək hər kəsin insanlıq borcudur! Cəmiyyət olaraq bütün canlılara qarşı ədalətli davranmalı və onların rifahı naminə çalışmalıyıq. Bu prinsipi rəhbər tutaraq “Atəşgah” Sığorta Şirkəti 4 oktyabr “Heyvanların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı korporativ sosial məsuliyyət çərçivəsində aksiya təşkil edib. 130 sağlamlığını itirmiş sahibsiz itin məskunlaşdığı sığınacağa ziyarət edən şirkət əməkdaşları tərəfindən heyvanlar üçün yem , müxtəlif qida əlavələri və dərman vasitələri aparılıb. Sığınacaqda görmə, gəzmə qabiliyyətini qismən və ya tam itirmiş heyvanların qorxu və çaşqınlıq dolu baxışlarının şahidi olan şirkət əməkdaşları, heyvanlarla vaxt keçirib, vəziyyətləri ilə yaxından tanış olub və onları qida ehtiyyacları ilə təmin ediblər. Emosional anlarla yadda qalan günün ən həyəcanlı və təsiredici məqamı isə zədələnmiş iki it üçün əməliyyat prosesinin icra edilməsi olub. Peşəkar baytar həkim tərəfindən həyata keçirilən əməliyyat sonda uğurla başa çatıb.
“Atəşgah” Sığorta bu cür sosial layihələrin davamlılığını təmin etməklə sevgi və qayğıya ehtiyyacı olan canlılara qarşı məsuliyyətini bir daha nümayiş etdirdi!

Seçilən
6
1
banker.az

2Mənbələr