AZ

Sərnişin qayığı batdı: ölənlər var

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində yerləşən Kivu gölündə göyərtəsində 278 sərnişinin olduğu qayıq batıb.

News24.az xəbər verir ki, qayığın batması nəticəsində 78 nəfər həyatını itirib.

Sərnişin və tutumundan artıq yük daşıyan qayıqla bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi və hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilib.

Qeyd edək ki, ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün çay və göllərdən istifadə olunur.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür qəzalar həm qayıqların baxımsızlığı, həm də öz imkanlarından artıq yük və sərnişinlərin daşınması nəticəsində baş verir.

Məryəm İlhamqızı


Seçilən
9
1
news24.az

2Mənbələr