AZ

Rusiya 14 yeni hava limanı tikir

Yazını böyüt
Yazını kiçilt

Rusiya 2030-cu ilə qədər Donbass və Novorossiyanın yeni bölgələri ilə birlikdə 14 yeni hava limanı tikməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, bu prosesin sonunda ölkədə hava limanlarının sayı 228-dən 242-yə yüksələcək.

Baş nazirin müavini Vitali Savelyev bu məqsədləri “Hava limanlarına dəstək şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində keçirilən müşavirədə açıqlayıb.

Savelyev 75 prioritet hava limanının modernləşdirilməsi və tikintisinə 250 milyard rubl ayrıldığını, 28 hava limanının isə konsessiya mexanizmi ilə yenidən qurulacağını və bunun üçün 100 milyard rubl büdcədənkənar vəsaitin istifadə olunacağını bildirib.

Yeni hava limanlarının hansı şəhərlərdə tikiləcəyi açıqlanmayıb.

Seçilən
5
hafta.az

1Mənbələr