AZ

İsrailin Livanda başladığı yerüstü hərbi əməliyyatlar nə zaman bitəcək?

İsrailin Livanın cənubundakı quru əməliyyatının əsas hədəfi sərhəddən təxminən üç mil (4,8 kilometr) şimalda yerləşən silsilələrdir.

Çünki oradan “Hizbullah” hərəkatı İsrailə, o cümlədən tank əleyhinə raketlərlə hücum etmək imkanına malikdir. Təhlükəsizlik mənbələrinə görə, əməliyyatın bir neçə həftədən çox çəkməyəcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda quru əməliyyatına başlayıb. Məqsəd “Hizbullah” infrastrukturunun məhv edilməsidir. Dünən, oktyabrın 3-də İsrail ordusu Livanın cənubunda gedən döyüşlər zamanı 9 əsgərinin öldüyü barədə məlumat yayıb. Qurbanlar arasında elit “Egoz” və “Golani” bölmələrinin döyüşçüləri də var.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr