AZ

“Ölkənin daxili işlərinə müdaxilə edilməməsi prinsipial əhəmiyyət kəsb edir” – Kaxa Kaladze

Yazını böyüt
Yazını kiçilt

“Gürcüstan hakimiyyəti dostluğa və tərəfdaşlığa hazırdır, lakin ölkələr arasında münasibətlər ikitərəfli olmalıdır”.

Hafta.az-ın yazdığına görə, bunu paytaxt Tiflisin meri Kaxa Kaladze deyib.

Kaladze, parlament seçkilərindən sonra hər şeyin yoluna qoyulacağını bildirib.

“Əminəm ki, seçkilərdən sonra hər şey yoluna qoyulacaq, proseslər yenidən başlayacaq və sakitləşəcək. Bu formatda davam etmək imkansızdır. Dəfələrlə demişik ki, biz tərəfdaşlığa, dostluğa hazırıq. Nə münasibətlərdə, nə dostluqda, nə də qardaşlıqda çaşırıq. Biz hər şeyi bacarırıq və bunu necə edəcəyimizi bilirik. Amma bu, qarşılıqlı olmalıdır. Tərəfdaşlıqdan danışanda münasibətləri elə qurmalıyıq ki, sabah ölkənin maraqlarını qorumaqdan əl çəkmək məcburiyyətində qalmayaq. Ölkənin suverenliyi, müstəqilliyi, azadlığı və daxili siyasi işlərinə müdaxilə edilməməsi bizim üçün prinsipial əhəmiyyət kəsb edir”, - Tiflis meri bildirib.

Seçilən
4
hafta.az

1Mənbələr