AZ

Paşinyanın Paris paylaşımı narazılıq yaratdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. Buna səbəb baş nazirin İnstaqram səhifəsində Fransada çəkdiyi videonu paylaşması olub.

Paşinyan videoya başlıq kimi “Parisdə axşam velosiped gəzintisi” yazıb. "Mamul" nəşrinin məlumatına görə bu tip paylaşımlar erməni cəmiyyətində qıcıq yaradır. Xüsusən də sosial şəbəkələrin erməni seqmentində Paşinyanın veloturları sərt şəkildə tənqid olunur. Narazı vətəndaşlar qeyd edirlər ki, yalandan sadə siyasətçi görüntüsü yaratmaqdansa Parisdə, Nyu-Yorkda daha ciddi məsələlərlə məşğul olmaq daha məqbul olardı.Xatırladaq ki, Paşinyan bir müddət öncə oxşar paylaşımı ABŞ-dən də etmişdi.



Tural

Seçilən
5
news365.az

1Mənbələr