AZ

Avropada qazın qiyməti bahalaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarını ötüb.

3 oktyabr tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 452,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (441,7 dollar) ilə müqayisədə 2,5% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
17
21
banker.az

10Mənbələr