AZ

Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh sazişi bağlamaq istəyir

Yaponiya hökuməti Rusiya ilə sülh sazişi bağlamaq və ərazi problemini həll etmək istiqamətində kursunu davam etdirəcək...

Poliqon xəbər verir ki, bunu ölkənin yeni hökumət başçısı Şiqeru İşiba parlamentdəki çıxışında bildirib.

"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi problemini həll etməyə və sülh müqaviləsi bağlamaqda davam edəcək" deyən baş nazir Tokionun Moskvaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini də bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib. Yeni baş nazir sentyabrın 27-də hakim Liberal Demokrat Partiyasının sədri seçilən keçmiş müdafiə naziri Şiqeru İşiba olub. Ehtimal olunur ki, Yaponiya Müdafiə Nazirliyinə Gen Nakatani, Xarici İşlər Nazirliyinə isə keçmiş müdafiə naziri Takeşi İvaya rəhbərlik edəcək. Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato maliyyə naziri, Yoji Muto isə iqtisadiyyat, ticarət və sənaye naziri ola bilər.

Ötən əsrin ortalarından Moskva və Tokio II Dünya müharibəsindən sonra sülh sazişinin hazırlanması üçün danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adaların mülkiyyətində mübahisə edir.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr