AZ

NATO-nun keçmiş rəhbəri Stoltenberq məhkəməyə verilib

NATO-nun

Fransız Patrik Pazen Brüsseldə NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə qarşı “Ukraynada Rusiyaya qarşı münaqişənin başlanmasında iştirak, NATO dövlətlərinin təhlükəsizliyinə qəsd, sülhə qarşı cinayətlər və insanların həyatına və sağlamlığına zərər vurmaqda” iddiası ilə məhkəməyə müraciət edib.

İddia bəyanatında deyilir ki, “Yens Stoltenberq sülh əleyhinə cinayətlər təşkil edən konkret hərəkətlərin həyata keçirilməsi üçün mütəşəkkil plan və ya sui-qəsddə iştirak edib” (TASS-a istinadən).

Ukraynadakı münaqişəni və onun başlamasında Qərbin məsuliyyətini araşdıran Pazen mətbuat konfransı zamanı iddiaya alyansın münaqişəyə hazırlaşdığını göstərən geniş sübutlar əlavə etdiyini qeyd edib. Buraya Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmalarından Kiyevi silahlandırmaq üçün lazım olan vaxtı gecikdirmək üçün istifadə etməsinə dair bəyanatları da daxildir.

Digər məsələlər arasında, Pazen Stoltenberg-i münaqişənin qarşısını almaq üçün diplomatik səyləri sabotaj etməkdə, açıq şəkildə yalan danışmaqda və NATO-nun şərqə doğru genişlənməmək vədlərini rədd etməkdə ittiham edir.

Cavid

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr