AZ

“Gilan FMCG Trade and Distribution” cərimələndi – SƏBƏB

“Gilan FMCG Trade and Distribution ” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Bu gün şirkətlə bağlı işə baxılacaq. İş hakim Abusət Qasımovun icraatındadır.

Xatırladaq ki, “Gilan FMCG Trade and Distribution” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 35 168 100 manatdır və qanuni təmsilçisi Tural İsayevdir. Ötən il şirkət nizamnamə kapitalının azaldığını elan etmişdi.

Nigar

Seçilən
7
tribunainfo.az

1Mənbələr