AZ

Moldovada Avropaya inteqrasiya prosesinə maraq artıb

Sorğuda iştirak edən Moldova sakinlərinin əksəriyyəti Kişinyovun Avropa İttifaqına potensial üzvlüyü ilə bağlı referendum ərəfəsində ölkənin Avropaya inteqrasiyasına maraq göstərir...

Poliqon xəbər verir ki, bu nəticə Rumıniya Aspen İnstitutunun, APE Xarici Siyasət Assosiasiyasının və ictimaiyyətin tələbi ilə CBS Sosioloji və Marketinq Araşdırmaları Mərkəzinin keçirdiyi sorğudan irəli gəlib.

Araşdırmaya görə, Moldova üçün Avropanın inkişaf vektoruna üstünlük verən vətəndaşların apreldə 57% olan payı sentyabrda 63%-ə yüksəlib.

Bundan əlavə, sorğu iştirakçıları hesab edirlər ki, Moldovanın Aİ-yə inteqrasiyası prosesinə qarşı çıxanlar azlıq təşkil edir.

Qeyd edək ki, mayın 16-da Moldova parlamenti oktyabrın 20-nə Avropa İttifaqına daxil olmaq üçün referendum təyin edib. Son məlumatlara görə Rusiya Moldova seçicilərini satın almağa çalışır. İddia edirilir ki, bu məqsədlə Rusiyadan 130 milyon dollar vəsait daxil olub.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr