AZ

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi bir çox qüvvələri ciddi şəkildə narahat edir - Məlahət İbrahimqızı

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi bir çox qüvvələri ciddi şəkildə narahat edir. Erməni lobbisinin yedəyində gedən ölkələr və bəzi siyasi hakimiyyətlər bu məsələni heç cürə qəbul edə bilmirlər. Üzdə dövlətlərin ərazi bütövlüyü, insanların hüquq və azadlığından dəm vuranlar arxa planda erməni lobbisinin qonorarı ilə hərəkət edir, onların istək və arzularının ifadəçisi rolunda çıxış edirlər.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı son vaxtlar ABŞ-dan Azərbaycana qarşı aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın ermənilərin əsassız mövqeyindən çıxış etməsi məntiqsizdir: “Bu mənada Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı yalan və cəfəngiyyat üzərində qurulub”.

Deputat bildirib ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara hələ də beynəlxalq birlik lazımi səviyyədə qiymət verməyə cəsarət tapmayıb: “Amma bütün bunlara baxmayaraq ABŞ tərəfinin beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyi indi yadına düşür. Təəsüf ki, 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb və göz yumulub”.

Məlahət İbrahimqızına görə, ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə proseslərə daha ayıq başla yanaşmalıdır: “İlk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsi tələb edilməlidir. Bunun əksinə olaraq ABŞ-ın oynamağa çalışdığı indiki oyun erməni lobbisinin kölgəsində çox cılız görünür. Ağ evin Ermənistanın təcavüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatının yedəyində getməsi təəcüb doğurur”.

Seçilən
19
yenigundem.az

1Mənbələr