AZ

İsrail Livanda qaçqınların xilas olmağa çalışdığı yolu atəşə tutub

İsrail hərbçiləri Livanda Suriya ilə sərhəddə yerləşən Məsnaa keçid məntəqəsi yaxınlığında, qaçqınların bombardmanlardan qaçdığı magistral yola hava zərbələri edndirib...

Poliqon xəbər verir ki, Reuters Agentiliyi bu barədə Livanın nəqliyyat naziri Əli Hamiyeyə istinadən məlumat yayıb.

Hamiyenin sözlərinə görə, son 10 gün ərzində əksəriyyəti suriyalı olan 300 minə yaxın insan yoldan istifadə edib. Nazir həmçinin qeyd edib ki, sərhəd-keçid məntəqəsi yaxınlığındakı əraziyə zərbə eni 4 metr olan krater yaradıb.

İsraildə nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı ərazinin atəşə tutulması onunla izah olunur ki, şiə təşkilatı “Hizbullah” Livana hərbi texnika daşımaq üçün sərhəd keçidindən istifadə edir. İsrail ordusunun sözçüsü Avichai Adrai sosial mediadakı X səhifəsində İsrail ordusunun “silah qaçaqmalçılığına” icazə verməyəcəyini yazıb.

Oktyabrın 3-də İsrail Beyrutun cənub ətraflarında “Hizbullah”ın media ilə əlaqələr ofisini hədəf alan dörd hava hücumu təşkil edib. Məlumatlara görə İsrail “Hizbullah”ın yeni liderini öldürməyə çalışıb. Hücumun uğurlu olub-olmadığı dəqiqləşdirilməyib.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr