AZ

İlon Mask: Tramp qalib gəlməlidir, yoxsa…- ÖZƏL

"Əgər Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn seçkilərdə məğlub olsa, Yer planeti sadəcə partlayacaq".

Olaylar.az xəbər verir ki, bu barədə Tesla şirkətinin sahibi və Amerika iş adamı İlon Mask sosial şəbəkələrdə zarafatla bildirib.

Məşhur biznesmen sosial şəbəkələrdə sabiq prezident Trampı dəstəkləmək qərarına gəlib. O, astronavtın açıq kosmosda Yer planetinin partlayışını müşahidə edərək "Ah yox! İqtisadiyyat" deyə yazdığı zarafat şəkilini yayımlayıb.

"Əgər Tramp uduzsa, Yer planetinin partlayacağı mütləqdir!" - deyə Mask yazıb.

Bununla belə, iş adamının tonu sonradan ciddiləşib. İkinci paylaşımında Mask qeyd edib ki, Trampın qələbəsi bütün Amerika üçün vacibdir. Əks halda, ölkənin vəziyyəti kritik olacaq.

"Əslində, Tramp qalib gəlməlidir, yoxsa Amerika böyük bəlaya düşəcək," - deyə Mask yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr