AZ

“Qırğızıstanda 5-6 milyarder və 200-ə yaxın milyonçu var” - Sadır Japarov

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” informasiya agentliyinə müsahibəsində bildirib ki, ölkədə ən azı 5-6 milyarder, 200-ə yaxın milyonçu var.

Hafta.az-ın yazdığına görə, prezident onların əksəriyyətinin öz pullarını ofşorda saxladığını bildirib.

“Buna görə də biz leqallaşdırma qanununu qəbul etdik. Lakin onlar hələ də pullarını ölkəyə tam qaytarmayıblar. Eyni zamanda, onların arasında vəsaitlərinin bir hissəsini Qırğızıstanın tikinti sənayesinə yatıranlar da var”, - deyə Japarov bildirib.

Prezidentin sözlərinə görə, Qırğızıstan hakimiyyəti kimin belə təşəbbüslə çıxış etməsindən asılı olmayaraq, iqtisadiyyat və dövlət üçün faydalı olan bütün layihələri dəstəkləməyə hazırdır.

2024-cü ilin fevralında Japarov “varlı vətəndaşlara” müraciət edərək, onları ölkədə qəbul edilən qanundan xaricdəki əmlak və pul vəsaitlərini leqallaşdırmaq üçün yararlanmağa çağırıb. Nümunə kimi Sadır Japarov 20 milyon dollarlıq əmlakını leqallaşdırdığını bildirib.

2023-cü ilin iyununda Qırğızıstanda “Fiziki şəxslərin əmlakının könüllü leqallaşdırılması və amnistiya haqqında” qanun qəbul edilib. Ölkənin hakimiyyət orqanları bu sənədin məqsədinin “əmlak və gəlirlərinin könüllü bəyan edilməsi üçün hüquqi mexanizm yaratmaqla fiziki şəxsləri qanuni iqtisadi əməliyyatlara cəlb etmək” olduğunu bildirib.

Qanunun qəbulundan bir il sonra Qırğızıstan parlamenti ona dəyişiklikləri təsdiqləyib və aktivlərin leqallaşdırılması müddətini 2024-cü ilin sonuna qədər uzadıb.

Seçilən
15
hafta.az

1Mənbələr