AZ

Tolstoy adına sülh mükafatı yazıçının nəvələrini ikiyə böldü

Yazını böyüt
Yazını kiçilt

Rusiyada Lev Nikolayeviç Tolstoy adına yeni sülh mükafatı müəllifin nəslini ikiyə bölüb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, sentyabrın 9-da böyük rus yazıçısının doğum günündə Rusiya Dövlət Akademik Böyük Teatrında 1-ci Beynəlxalq Lev Tolstoy Sülh Mükafatının laureatı elan edilib. Mükafat Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Məhəmmədə verilib. Çadın keçmiş baş naziri Məhəmməd mükafatı Bolşoy Teatrının direktoru Valeri Gergiyevdən alıb.

“Hərb və Sülh”, “Anna Karenina” kimi klassik romanları dünya ədəbiyyatına gətirən Tolstoyun adına mükafat 22 iyun 2022-ci ildə Rusiya Tarix Cəmiyyəti, Rusiya Sülh Fondu və Rusiya Hərbi Tarixi Cəmiyyəti tərəfindən elan edilib.

Rusiya prezidenti Vladimir Putin mükafatın “yeni çoxqütblü ədalətli dünya nizamının formalaşmasına” töhfə verənlərə veriləcəyini açıqlayıb. Bu hərəkət mükafatlandırma mərasimi keçirilən zaman Tolstoyun nəsli arasında mübahisə yaradıb.

Rus yazıçının nəvəsi Stefan Tolstoy Fransanın AFP xəbər agentliyinə deyib: “Tolstoy bunu eşitsəydi, məzarında dönərdi”.

İsveç vətəndaşı olan 83 yaşlı Stefan Tolstoy rus yazıçının hər cür dövlət idarəçiliyinə və müharibəyə qarşı çıxan pasifist olduğunu və Ukraynanı işğal edən Rusiyanın belə bir qiymət verməsini düzgün hesab etmədiyini bildirib. “Bu, sülh mükafatıdır. Məncə, bu, Lev Tolstoyu müharibə və başqa bir ölkəni işğal etmək vəziyyəti daha da mürəkkəb və narahat edir”.

Mükafatın direktorlar şurasına rus yazıçının nəvəsi Vladimir Tolstoy daxildir. Vladimir Tolstoy iyunda Rusiyanın dövlətə məxsus Birinci Kanalına verdiyi müsahibədə Tolstoyun “həmişə ədalətli dünyanın tərəfdarı olduğunu” deyib. Bir müddət Putinin mədəniyyət müşaviri də olmuş Vladimir Tolstoy sözlərini belə davam etdirdi: “Tolstoyun nəvələri dünyanın hər yerində yaşayır və onlar bu təşəbbüsü dəstəklədilər”.

Stefan Tolstoy isə bunun doğru olmadığını müdafiə edərək deyib: "Deyilənə görə, mükafatla bağlı Tolstoy ailəsinin üzvləri ilə əvvəlcədən əlaqə saxlanılıb. Bizdən qətiliklə heç nə soruşulmayıb".

Bundan əlavə, AFP 1-ci Beynəlxalq Lev Tolstoy Sülh Mükafatının Afrika İttifaqı Komissiyasının sədri Məhəmmədə verilməsini “strateji qərar” kimi şərh edir. Xəbərdə Rusiyanın son zamanlar Afrikada təsirini artırmağa çalışdığı xatırladılır və mükafatın bu siyasətin tərkib hissəsi olduğu şərh edilir.

Seçilən
8
hafta.az

1Mənbələr