AZ

Qitələrə görə Türkiyənin xarici ticarəti artıb

Yazını böyüt
Yazını kiçilt
  • 2024-cü ilin yanvar-avqust dövründə Türkiyənin xarici ticarəti qitələrə görə fərqli nisbətlərdə bölüşdürüldü.

Hafta.az-ın TÜİK-in məlumatlarına istinadən yazdığına görə, ixrac və idxal rəqəmləri hər bir qitə üçün əhəmiyyətli fərqləri ortaya qoyur.

Bu ilin yanvar – avqust dövründə Türkiyənin bütün ticarəti üzrə ixracın 57,2 faizi, idxalın isə 54,5 faizi Avropa ilə olub. Yəni Avropa hər zamankı kimi Türkiyənin xarici ticarətində əsas bazardır.

Avropadan sonra Türkiyə üçün ikinci böyük bazaar Asiyadır. Belə ki, ixracın 24,9 faizi, idxalın 32,9 faizi məhz Asiya dövlətləri ilə həyata keçirilib.

Türkiyənin Okeanın o tayı ilə - Amerika ölkələri ilə ticarəti xeyli azdır. Belə ki, ümumi ixracın cəmi 9,1 faizi, idxalın isə 8,6 faizi Amerika ölkələrinin payına düşür.

Türkiyənin qara qitə Afrika ölkələri ilə ticarəti isə hələ indi-indi inkişaf edir. Ümumi ixracın 8,1 faizi, idxalın 3,5 faizi Afrika ölkələri ilə edilir.

Seçilən
16
hafta.az

1Mənbələr