AZ

Qazaxıstan rəqəmsal xidmətlər üzrə rekord gəlir götürüb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan rəqəmsal iqtisadiyyat vasitəsilə əldə etdiyi gəlirlərlə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməyə davam edir.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi 2024-cü ilin yanvar-sentyabr dövründə rəqəmsal xidmətlərə görə vergilərdən əldə edilən gəlirin 23,3 milyard tenge  olduğunu açıqlayıb.

“Google Tax” kimi tanınan tənzimləmə 2022-ci ildə qüvvəyə mindiyi zaman dövlət büdcəsinə 10,4 milyard tenge gəlir gətirib. 2023-cü ildə bu rəqəm 24,3 milyard tengeyə yüksəlib. Belə ki, tənzimləmə qüvvəyə mindiyi vaxtdan ümumilikdə 58,1 milyard tenge gəlir əldə edildiyi bildirilib.

Bildirilib ki, Google, Apple, Netflix, AliExpress, Temu, META və Amazon kimi 80-dən çox böyük şirkət rəqəmsal reklam, məzmun, yayım və satış xidmətlərinə görə vergiyə cəlb olunub. Digər tərəfdən, sözügedən tənzimləmənin yerli şirkətlər üçün daha ədalətli rəqabət şəraiti təmin etdiyi vurğulanıb.

Seçilən
4
hafta.az

1Mənbələr