AZ

Krım tatarı siyasi məhbus Əziz Axtemovun yeri məlum oldu

Yazını böyüt
Yazını kiçilt

Bir aya yaxındır ki, xəbər alınmayan Krım tatarı olan siyasi məhbus Əziz Axtemovun yeri məlum olub.

Hafta.az-ın yazdığına görə, Krım Tatar Milli Məclisinin (KTMM) sədr müavini Nəriman Cəlal və Krım tatar fəalı Asan Axtemovla birlikdə “mühakimə olunan” və 13 il müddətinə azadlıqdan məhrum edilən Əziz Axtemov “təxribat” adlandırılan cinayət işi çərçivəsində Rusiyanın işğalı altında olan Krımdakı tatarlara təzyiq məqsədilə sentyabrın 4-də ilk dəfə saxlandığı təcridxanadan naməlum yerə köçürülüb.

Siyasi məhbusun həyat yoldaşı Adilə Axtemova ərindən məktub aldığını bildirib. Sosial şəbəkədə paylaşım edən Adilə Axtemova “Məktubunda yazır ki, Krasnoyarsk şəhərindəki 1 saylı təcridxanadadır. O, orada qida vəziyyətinin pis olduğunu da bildirir. Bundan əlavə, Əziz 2 həftə müvafiq təcridxanada saxlanılacağını yazır. Amma o, məktubu yazandan iki həftə keçib” açıqlamalar edib.

Seçilən
5
hafta.az

1Mənbələr