AZ

IX tura 1 oyunla start verilir

Azərbaycan Premyer Liqasında IX tura bu gün keçiriləcək 1 oyunla start veriləcək.

“İki sahil” xəbər verir ki,  "Neftçi" səfərdə "Kəpəz"lə qarşılaşacaq. Tovuz şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək. "Neftçi" hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Geridə qalan 8 oyunun hamısında məğlub olan "Kəpəz" isə sonuncu - onuncudur.

Azərbaycan Premyer Liqası

IX tur

4 oktyabr

17:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.

Seçilən
12
1
ikisahil.az

10Mənbələr