AZ

13 yaşında evlənən müğənni gəlinlik FOTOsunu yaydı

13 yaşında ailə quran türkiyəli müğənni Safiye Soyman toy fotosunu İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi "Yaşamadan keçən illər utansın" mahnısı ilə paylaşdığı şəklin altına "Budur mən balaca gəlin" sözlərini yazıb.

63 yaşlı Safiye Soyman illər əvvəl qatıldığı proqramda ailəsinin qərarı ilə ərə verildiyini belə etiraf edib: "Böyük bacımdan böyük, hündür və daha sağlam idim. Heç 13 yaş verməzdin. "Səni istəyirik" dedilər. Anam və atam əvvəlcə "çox gəncdir, olmaz" dedi. Atam məndən soruşdu, mən də heç nə anlamırdım. Atam məni verdi. 15 gündür nişanlı qaldım, məhkəmə qərarı ilə yaşımı artırıblar. Hakim atama dedi ki, əgər uşağa baxa bilmirsinizsə, icazə verin, mən sizə baxım, azyaşlı qızı ərə verirsiniz. Özümü viran hiss etdiyim bir gün idi, çox üzülmüşdüm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
676
5
milli.az

6Mənbələr