AZ

Boris Conson: Netanyahu tualetimə dinləmə cihazı yerləşdirmişdi

Boris

İngiltərənin keçmiş baş naziri Boris Conson bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu onun vanna otağından istifadə etdikdən sonra tualetdə gizli dinləyici qurğu tapıblar.

Reyting.az
xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti yazıb.

Qəzet yazır ki, 2017-ci ildə xarici işlər naziri vəzifəsini icra edən Boris Conson, nazirlikdəki ofisində İsrail baş naziri ilə görüşündə Benyamin Netanyahu tualetdən istifadə etmək istədiyini bildirib. Onun sözlərinə görə, Netanyahu tualetdən istifadə etdikdən sonra təhlükəsizlik qrupu orada axtarış aparıb və dinləmə cihazı tapıb.

Qəzetin yazdığına görə, Conson oktyabrın 10-da nəşr olunacaq “Unleashed” adlı xatirə kitabında bu barədə qeydlər var.

“Bu təsadüf ola da, olmaya da bilər, amma sonra mənə dedilər ki, tualetdə bir dinləmə cihazı tapıblar”, - Conson əlavə edib.

Conson deyib ki, bu hadisə haqqında lazım olan hər şeyi kitabda yazıb.

V. QULİYEV
Seçilən
33
reyting.az

1Mənbələr