AZ

ABŞ-da liman işçilərinin tətili müvəqqəti razılaşma ilə başa çatıb

Ölkənin şərq tərəfindəki limanlarda çalışan təxminən 45 min işçini təmsil edən Beynəlxalq Liman İşçiləri Assosiasiyası (ILA) və işəgötürənləri təmsil edən Amerika Birləşmiş Ştatları Dəniz Alyansı (USMX) tərəfindən paylaşılan birgə bəyanatda, əməkhaqqı ilə bağlı müvəqqəti razılaşma əldə edildiyi bildirilib. 

Marja xəbər verir ki, açıqlamada, tərəflərin, həll olunmamış məsələləri müzakirə etmək üçün danışıqlar masasına qayıtmaq üçün mövcud müqaviləni 2025-ci il yanvarın 15-nə qədər uzatmağa razılaşdıqları qeyd edilib. 

ABŞ mətbuatında çıxan xəbərlərdə müvəqqəti razılaşmanın 6 il ərzində təxminən 61,5% maaş artımını nəzərdə tutduğu qeyd edilib.

ABŞ prezidenti Co Bayden mövzu ilə bağlı yazılı açıqlamasında, ILA və USMX-ni ölkənin şərq və cənubundakı limanlarda əməliyyatları yenidən başlatmaq üçün razılaşdıqları üçün təbrik edib.

ABŞ-ın şərq və cənubundakı limanlarda işləyən işçilər əməkhaqqının artırılması və avtomatlaşdırma ilə bağlı işəgötürənlər ilə fikir ayrılığına görə çərşənbə axşamı günü tətilə başlamışdılar.

İşçilər 6 illik müddətdə maaşların 77 faiz artırılmasını tələb edərkən, mübahisəni həll etmək üçün Bayden administrasiyasının rəsmiləri tərəfindən təzyiqə məruz qalan işəgötürənlər bu nisbəti 50 faiz səviyyəsində olmasını israr edirdilər. 

1977-ci ildən bəri ilk dəfə birliyin təşəbbüsü ilə başlayan və onlarla ştatda 36 limanda keçirilən tətil daşımalara mənfi təsir göstərib.

Seçilən
20
marja.az

1Mənbələr