AZ

Boliviyanın keçmiş prezidenti azyaşlıya təcavüz etməkdə ittiham olunur

Boliviyanın keçmiş prezidenti Morales 15 yaşlı qıza təcavüz etməkdə günahlandırılıb...

Boliviyanın keçmiş prezidenti Evo Morales haqqında yetkinlik yaşına çatmayan uşağın zorlanması ittihamı ilə istintaq başladılıb.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Sezar Siles məlumat verib.

Siles, Boliviya ədalətinin səkkiz il ərzində cəzasız qalan cinayətləri öyrənırkən həm qəzəbləndiklərini, həm də heyrətə düşdüklərini bildirib. Nazir izah edib ki, 15-16 yaşında zorlanan qızı nəzərdə tutur. Bundan sonra qız, atası doğum şəhadətnaməsində Evo Morales kimi qeyd olunan bir qızı dünyaya gətirib.

Yerli mətbuat hesab edir ki, qurban 2014-cü ildə yaradılan “Generation Evo” gənclər təşkilatının üzvü olub.

Morales özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, onları siyasi fəaliyyəti ilə əlaqələndirib. Siyasətçinin sözlərinə görə, bütün neoliberal hökumətlər onu təqib edib, həbsə atmağa cəhd ediblər.

Moreles 2025-ci ildə ölkə prezidentliyi uğrunda mübarizə aparmağı planlaşdırır.

Poliqon.info

Seçilən
18
50
poliqon.info

10Mənbələr