AZ

Sərgən Yalçın: ''Şalke-04''dən təklif alsam da...''

Ən son ötən mövsümün ikinci dövrəsində ''Antalyaspor''u çalışdıran, hazırda isə işsiz olan və daha çox şərhçi kimi fəaliyyət göstərən Sərgən Yalçın 2-ci bundesliqa təmsilçisi ''Şalke-04''dən təklif alması barədə yayılan iddia haqda açıqlama verib.

2020/21-də ''Beşiktaş''ı çempion edən 51 yaşlı mütəxəssis tez-tez qonağı olduğu ''Kafa Sports'' adlı ''yutub'' kanalına bunları deyib:

''Bəli, ''Şalke-04''dən təklif almağım doğrudu. Amma bu aralar məşqçi kimi çalışmaq istəmirəm. Burda rahatam. Qarşıdan qış gəlir. Gözəl studiyamız var. Geyimlərimiz, rənglərimiz də gözəldi. Söhbətlərimiz də maraqlı alınır. İstədiyim qədər tənqidlər edirəm''.

ƏLİ
Seçilən
17
football-plus.az

1Mənbələr