AZ

Peruda Anım Günü ilə bağlı tədbir keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Perunun Lima şəhərində 27 Sentyabr - Anım Günü ilə bağlı Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadaki Səfirliyi məlumat yayıb.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Perudakı səfirliyinin nümayəndəsi çıxış edərək şanlı Azərbaycan Ordusunun 44 gün ərzində ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etməsi və bununla tarix yazması barədə danışıb. Daha sonra şəhidlərimizin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda Vətən müharibəsinin tarixi anları, qəhrəmanlarımızın göstərdiyi şücaət və ordumuzun Zəfər yürüşünün təsirli görüntüləri əks olunub. Tədbirdə Perunun rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələri və Peruda yaşayan azərbaycanlılar iştirak ediblər.

Seçilən
11
azertag.az

1Mənbələr