AZ

“Karvan”da iranlı legioner

“Karvan” heyətinə yeni futbolçu qatıb. I Liqa təmsilçisi iranlı Aref Mohammedalipuru transfer edib.

Futbolinfo.az xəbər verir ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, Yevlax təmsilçsinə azad agent kimi gəlib.

23 yaşlı futbolçu sonuncu dəfə İranın “Havadar” klubunda forma geyinib. O, daha əvvəl “Saypa” və “Paykan” komandalarında da çıxış edib.

Aref İranın U-23 milli komandasının üzvüdür.

Seçilən
23
futbolinfo.az

1Mənbələr