AZ

Özünə bənzəməyən “Qarabağ”

“Qarabağ” Avropa Liqasının II turunda Bakıda “Malmö”yə məğlub olub. “Atlılar” birinci hissədə erkən qola sevinsə də, isveçlilər geridönüş edərək, qələbə qazanıb – 2:1.

Qurban Qurbanovun komandası oyunda daha çox şans yaradan tərəf olmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyib. “Malmö” buraxılan qoldan sonra ilk ciddi hücumunda hesaba tarazlıq gətirib. İlk matçda azarkeşləri önündə “Reyncers”ə uduzan “Malmö”nün Bakıda daha istəkli tərəf olacağından xəbər verirdi. Buna baxmayaraq, “Qarabağ” da birinci oyunda uduzmuş, Respublika stadionunda yalnız qələbə hədəfləyirdi. Ancaq olmadı…

“Malmö” atletik futbola üstünlük verərək, ilk növbədə fərdi mübarizələri qazandı. Daha sonra sürətli cinah hücumları ilə “Qarabağ”a çətinlik yaradan İsveç klubu əlinə düşən imkanlardan maksimum yararlana bilmədi. “Qarabağ”ın qapıçısı Fabian Buntiç də bir neçə seyvlə günün baş rol üzvlərindən biri oldu.

Azərbaycan çempionunda diqqət çəkən məqam isə yarımmüdafiə və müdafiədəki boşluqlar idi. “Malmö”nün oyunçuları bir neçə epizodda müdafiə arxasına atılan toplarla təhlükə yaratmağa çalışdı. Bununla yanaşı, rəqibin yarımmüdafiə xəttinin sürəti və komandanı önə aparması nəzərə alınmalıdır. Hər bir halda, “Qarabağ” “Malmö”dən zəif deyildi və Liqa Mərhələsində xal almağın vacib olduğu komandalardan idi. Əvvəlki oyunlarda daim basqı göstərən və rəqibi topsux saxlayan komandada bu gün işlər yoluna getmədi.

“Qarabağ” yeni formata yaxşı başlamayıb. “Atlılar” 2 turdan sonra xalsızdır və 34-cü pillədə qərarlaşıb. Mövsüm yeni start götürüb. Lakin bu məqamda toplanılan hər xal, vurulan hər qol pley-off şansları üçün böyük ümiddir. Qurbanovun kollektivinin qarşıda “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo-Qlimt” kimi çətin rəqibləri olacaq. Xüsusilə, oktyabrın 24-də Bakıda “Ayaksl”a matç komanda üçün mühüm rol oynayacaq. Mümkün məğlubiyyət komandanın vəziyyətini daha çətinləşdirə bilər.

Kamil Əhməd

Seçilən
26
futbolpress.az

1Mənbələr