AZ

Osimhen qışda ayrılsa...

''Qalatasaray''a gəlməklə bir andaca Türkiyə futbolunda ən çox müzakirə olunan futbolçulardan birinə çevrilən Viktor Osimhen gündəmi zəbt etməkdə davam edir.

Bilindiyi kimi dəyəri 100 milyon avro olan forvard ''Cim-Bom''a sadəcə birillik icarəyə gəlib. Mövsüm bitən kimi o, müqavilə ilə məxsus olduğu ''Napoli''yə qayıtmalı olacaq.

Bu arada türkiyəli jurnalist Haluk Yürekli ortaya maraqlı iddia atıb. Onun sözlərinə görə ''Napoli'' qış transfer dönəmində başqa bir klubla anlaşsa və Osimhen həmin kluba keçməyə razılıq versə, ''Qalatasaray''ın buna mane olmaq haqqı yoxdu. Amma digər tərəfdən bu baş verəcəyi təqdirdə İstanbul nəhənginə 6,5 milyon avro təzminat ödəniləcək. Yəni müqavilədə bu cür bir maddənin olduğu iddia edilib.

Onu da bildirək ki, Türkiyə çempionatının son turunda ''Kasımpaşa'' ilə oyunda zədələnərək fasilədə əvəzlənən 24 yaşlı futbolçu sabah Avropa Liqasında səfərdə Latviya təmsilçisi RFŞ ilə oyunu buraxmalı olacaq.

Osimhenin indiyə qədər ''Qalatasaray''da 4 rəsmi oyunda 2 qol, 4 məhsuldar ötürməlik performans sərgilədiyini bildirək.

ƏLİ

Seçilən
23
football-plus.az

1Mənbələr