AZ

NYT: Tramp səhhəti ilə bağlı məlumatları açıqlamır

İyul ayında ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdindən bəri onun kampaniyası onun səhhəti ilə bağlı təfərrüatları açıqlamayıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır. Nəşr qeyd edir ki, Trampın səhhəti ilə bağlı son müfəssəl hesabat 2018-ci ildə dərc edilib. Bu, tibb mütəxəssislərini narahat edir.

NYT vurğulayır ki, seçkidə qalib gəlsə, 78 yaşlı Donald Tramp indiyə qədər prezident vəzifəsini icra edən ən yaşlı şəxs ola bilər.Çünki 2029-cu ildə səlahiyyət müddəti başa çatdıqda onun 82 yaşı olacaq.

Tibb ekspertləri deyirlər ki, Tramp bir sıra potensial narahatedici problemlərlə vəzifəyə gələ bilər. Onların arasında mütəxəssislər ürək xəstəliyi riskini, sui-qəsd cəhdinin mümkün nəticələrini, həmçinin yaşla təbii olaraq baş verən koqnitiv qabiliyyətlərin azalmasının adını çəkirlər.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniya ştatında mitinq zamanı Tramp qulağından yaralanıb. İkinci cəhd sentyabrın 15-də Floridada onun qolf klubunda həyata keçirilib.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr