Bakı. Trend:
Şimali Koreya yenidən Cənubi Koreyaya doğru zibillə dolu olduğugüman edilən şarları havaya buraxıb.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya hakimiyyətixəbər verib.
"Şimali Koreya yenidən Cənuba doğru zibillə dolu olduğu gümanedilən şarları havaya buraxır", - deyə bildirilib.
Mayın sonundan bəri KXDR ərazisindən minlərlə hava şarıburaxılıb. Hazırkı hadisə ardıcıl 24-cüdür.