AZ

Ukrayna iddiaları təkzib etdi

Ukrayna Xarici İşlər Nazirliyi bəzi Rusiya KİV-lərinin Ukrayna hərbçilərinin Kursk AES-ə zərbə endirməyə cəhd etməsi ilə bağlı iddialarına cavab verib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bu ittihamları rədd edib.

“Biz Ukraynanın Kursk AES-ə və ya onun yaxınlığında endirdiyi zərbələrlə bağlı Rusiya mətbuatında yayılan iddiaları qətiyyətlə rədd edirik. Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir və mülki şəxslərə və mülki infrastruktura hücum etmir”, - o bildirib.

Seçilən
70
qafqazinfo.az

1Mənbələr