AZ

Buraxılış imtahanında YENİLİK - Şagirdlərdən bu tələb olunacaq

Buraxılış imtahanında xarici dil fənlərindən yeni model tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib. Qeyd olunub ki, orta təhsil üzrə buraxılış imtahanında, şagirdlərə təqdim olunan 3 şəkil üzrə hekayə qurmaq tələb olunacaq.

Yeni imtahan modeli aprobasiyadan keçirilib, tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış "Qiymətləndirmə tapşırıqları" kitablarında verilib.

Proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Seçilən
11
27
publika.az

10Mənbələr