AZ

Ermənistanda niyə konstitusiyanı dəyişdirmək istəyirlər?

Məqalə barədə məlumatMüəllif, Qriqor Atanesyan Vəzifə, BBC

Erməni kimliyi illər boyu Dağlıq Qarabağ və Ararat dağı kimi simvolların üzərində inşa edilib. Amma ötən ilin sentyabrında Yerevan Qarabağ üzərində nəzarətini tamamilə itirdi və Ermənistan hakimiyyəti ölkənin konstitusiyası, gerbi və himninin dəyişdirilməsindən danışmağa başladı. BBC Rusca Nikol Paşinyan və onun komandasının niyə yeni, dördüncü respublika yaratmaq istədiklərini və adi ermənilərin milli simvolların itirilməsinə necə reaksiya verdiyini araşdırıb.

Ötən ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyan xalqı Konstitusiya Günü münasibətilə təbrik edərək, vətəndaşları Əsas Qanunu oxumağa çağırıb, çünki, onun sözlərinə görə, bu, “hamı üçün faydalıdır”.

O vaxtdan bəri Paşinyan ölkənin əsas sənədinə öz münasibətini dəyişib və ölkəni daha “rəqabətli” etmək üçün onun dəyişdirilməsini təklif edir.

Onun sözləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə Azərbaycanın bölgə üzərində nəzarətinin bərpasına və 100 mindən çox Qarabağ ermənisinin öz evini tərk etməsinə səbəb olan hərbi əməliyyatından sonra Bakı ilə Yerevan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü əks etdirir.

Ölkə liderlərinin hər ikisi yekun sülh bağlamaqdan danışsalar da, onun şərtlərini müxtəlif cür başa düşürlər.

Paşinyanın “Sülh Qovşağı” xəritəsində Azərbaycanın indiyə qədərki tələblərindən fərqli nə var? Ermənistan Rusiyadan nə qədər asılıdır?Belarus lideri: “Əgər Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, o zaman onu itirə bilərik”İlham

Şəklin mənbəyi, EPA

Seçilən
37
bbc.com

1Mənbələr