AZ

Kursk AES-ə zərbə endirilib? - RƏSMİ AÇIQLAMA

Ukrayna Xarici İşlər Nazirliyi bəzi Rusiya KİV-lərinin Ukrayna hərbçilərinin Kursk AES-ə zərbə endirməyə cəhd etməsi ilə bağlı iddialarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bu ittihamları rədd edib.

“Biz Ukraynanın Kursk AES-ə və ya onun yaxınlığında endirdiyi zərbələrlə bağlı Rusiya mətbuatında yayılan iddiaları qətiyyətlə rədd edirik, Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir və mülki şəxslərə və mülki infrastruktura hücum etmir”, - o bildirib.

Qeyd edək ki, daha öncə Rusiyanın Teleqram xəbər kanalları Kursk atom elektrik stansiyasından bir neçə kilometr aralıda partlayış barədə məlumat verib.

Seçilən
6
3
bakivaxti.az

4Mənbələr