AZ

XV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında Azərbaycanı Səlim Babullaoğlu təmsil edir

XV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında Azərbaycanı şair və esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu təmsil edir.

QHT.az xəbər verir ki, Festivalda Bolqarıstan, Moldova, Gürcüstan, Yunanıstan, Serbiya, Makedoniya, Böyük Britaniya və Şimali Kipr Türk Respublikasından şairlər də iştirak edir.

Səlim Babullaoğlu eksklüziv açıqlamasında festivalın maraqlı proqramı olduğunu qeyd edərək, tədbirin Avropada tanınan bir ədəbi platforma olduğunu vurğulayıb. Festivalda şeir oxuları, müzakirələr və tematik tədbirlər müxtəlif mədəniyyət məkanlarında baş tutacaq. Babullaoğlu, festivalın təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
34
qht.az

1Mənbələr