AZ

Futbolun inkişafı ilə bağlı mütəxəssislərlə görüş keçirildi

AFFA-nın inkişaf strategiyasının yazılması ilə əlaqədar növbəti görüşlər keçirilib.

"Football-plus.az" xəbər verir ki, görüşlərdə iştirak edənlər arasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, milli komandanın idman direktoru İlqar Qurbanov, futbol mütəxəssisləri Tahir Süleymanov, Yaşar Seyidov və Səbuhİ Səfiyarlı da olub.

AFFA-nın mətbuat xidmətinin yaydığı xəbərdə isə bildirilir ki, görüşdə yeni strategiya ilə bağlı tərəfdaş şirkətlərin nümayəndələrinin Bakıda görüşləri təşkil olunub.

Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri, AFFA rəhbərliyi, milli komandanın baş məşqçisi, təcrübəli yerli futbol funksionerləri, eləcə də AFFA-nın departamentləri ilə fikir mübadiləsi aparıb, məlumatların toplanma prosesini həyata keçiriblər.

Bu vəziyyətlə bağlı toplanmış məlumatlar və yığılmış təklifləri nəzərə alaraq, şirkətlər tərəfindən strategiyanın yazılması prosesi davam edir.

Seçilən
16
football-plus.az

1Mənbələr