AZ

Avropa Liqası: “Qarabağ” yenə məğlub olub

Azərbaycan çempionu Bakıda "Malmö”yə uduzub

"Qarabağ” oktyabrın 3-də UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin "Malmö” komandası ilə qarşılaşıb.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun start fiti saat 20:45-də səslənib.

Oyun İsveç klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. 

"Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks”a (Niderland) qarşı keçirəcək.
Seçilən
7
45
arqument.az

10Mənbələr