AZ

Masallı rayonu millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi Şəhidi, Baş leytenant Əlimərdan Quluzadənin ailəsini ziyarət edib - FOTOLAR » AzadMedia.az

Masallı




Masallı, 3 oktyabr — Azadmedia.az


Masallı rayonu millət vəkili Məşhur Məmmədov Vətən Müharibəsi Şəhidi, Azərbaycan Ordusunun baş leytenantı Əlimərdan Quluzadənin ailəsini ziyarət edib

Azadmedia.az-a bildirilib ki, görüşdə Şəhidin ailəsi, millət vəkili Məşhur Məmmədov, köməkçisi Əli Nağıyev, polis əməkdaşları və digərləri iştirak ediblər.

Görüşdə Əlimərdan Quluzadənin həyat yolundan, döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs edilib.

Millət vəkili M. Məmmədov, şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, “Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıq, o dönəmdə, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü. Hər bir şəhidimizlə bərabər, Baş leytenantımız Əlimərdan Quluzadənin də işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.”

Xatırladaq ki, Əlimərdan Quluzadə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub, Masallı rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 115 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı şəhid olan baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin heykəli hazırlanıb.
Şəhidimizin ailəsi nikbindir. Azərbaycanın suverenliyinin bərpası və Füzuliyə qayıdış ailə üçün təsəlli və qürurvericidir.

Allah rəhmət eləsin!




Seçilən
20
1
azadmedia.az

2Mənbələr