AZ

Qurban Qurbanov "Malmö"yə məğlubiyyəti şərh etdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda "Malmö" ilə bu gün keçirdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə deyib:

"İstəməzdim, doğma azarkeşlər önündə məğlub olaq. Əfsuslar olsun ki, uduzduq. Rəqib komandanın təbrik etmək lazımdır. Dünən də vurğulamışdım ki, bu komandanın fərqli oyun tərzi var. Daha yaxşı oyun göstərə, daha yaxşı nəticə əldə edə bilərdik. 
Bu aralar komanda öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı oyunlarda yaxşı olacaq".

Seçilən
3
fanat.az

1Mənbələr