AZ

Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik -Qurban Qurbanov

"Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu.

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Malmö"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis matçın nəticəsi ilə bağlı bunları söyləyib: "Əfsus ki, məğlub olduq. Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik. İkinci hissədə erkən qol buraxdıq. Bu, bir qədər təsir etdi. Rəqibi təbrik edirəm".

Baş məşqçi heç vaxt həvəsdən düşmədiklərini söyləyib: "Deməzdim komanda həvəsdən düşüb. Elə bir vaxtdır ki, bəlkə də psixoloji yorğunluq var. Heç vaxt həvəsdən düşməmişik. Müəyyən reallıqlar var ki, qəbul etməliyik. Daha yaxşı oynaya bilərik. Belə oyunlarda həddindən artıq motivasiya olmalıdır. İnanıram ki, bu oyunun bizə faydası olacaq".

O, komandanın qapıçıların oyununa da toxunub: "Qapıçılarla bağlı düşünəcək bir şey yoxdur. Hər ikisinin bacarığı, böyük potensialları var. Şahruddin Məhəmmədəliyevə kollektivlə məşq üçün bir qədər vaxt lazım olacaq. Düşünürəm ki qarşıdakı günlərdə daha da yaxşı olacaq. İndi ediləcək nəsə yoxdur".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
8
3
ikisahil.az

10Mənbələr