AZ

Serenay Sarıkaya ilk dəfə evinin qapısını açdı - FOTOlar

Bu yaxınlarda 31-ci Beynəlxalq Adana Qızıl Koza Film Festivalında jüri üzvü olan Serenay Sarıkaya dünyaca məşhur AD (Architectural Digest) jurnalının qonağı olub.

News24.az xəbər verir ki, Sarıkaya Hollivud ulduzlarının evlərini açdığı AD jurnalının Yaxın Şərq buraxılışının üz qabığının ulduzu oldu.

“AD Middle East” jurnalı üçün eksklüziv poza verən ulduz “Mənim evim mənim qabığım kimidir və qabığımda olanda özümü təhlükəsiz hiss edirəm” deyib.

Jurnal Sarıkayanın evi ilə bağlı “İstanbulun göbəyində cənnət tapması aktrisa üçün möcüzə oldu” deyib.

Günel Məlikzadə

Seçilən
23
news24.az

1Mənbələr