AZ

"Qələbəyə layiq idik" - "Malmö"nün baş məşqçisi

“Malmö” klubunun baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ”la oyundan sonra mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

"Dünən də demişdim ki, çətin oyun olacaq. Həqiqətən də, belə oldu. "Qarabağ" güclü komandadır. Elə anlar oldu ki, biz çox çətinlik çəkdik. Ancaq yaxşı müdafiə olunduq, topla ehtiyatlı hərəkət etdik. Ümumilikdə komandamın oyunundan razıyam. Fikrimcə, biz qələbəyə layiq idik".

Seçilən
4
7
fanat.az

10Mənbələr