AZ

ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib

Amerika səlahiyyətliləri, ABŞ-a görə, Rusiya kəşfiyyat agentləri tərəfindən istifadə edildiyi iddia edilən onlarla internet domenini müsadirə edib.

"Operativ Media" xəbər verri ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, Ədliyyə Nazirliyi FSB-də işlədiyi iddia edilən Callisto haker qrupu ilə əlaqəli 41 domeni müsadirə edib, eyni zamanda eyni şəxslərin istifadə etdiyi daha 66 domenin müsadirə edilməsində Microsoft korporasiyasına yardım edib.

ABŞ Baş prokurorunun müavini Liza Monako iddia edib ki, Rusiya hakimiyyəti bu domenlərdən amerikalıların məxfi məlumatlarını oğurlamaq üçün istifadə edib.

ABŞ Ədliyyə Departamenti açıqlamasında iddia edib ki, hakerlər ABŞ hökuməti ilə əlaqəli kompüter və hesablardan icazəsiz giriş əldə etmək və məlumatları oğurlamaq üçün fişinq sxemindən istifadə ediblər.

Seçilən
25
1
operativmedia.az

2Mənbələr