AZ

Kristian Horner: Biz heyətdəki dəyişikliklərə qabaqcadan hazırlaşırıq

F-1.az xəbər verir ki, Horner bunun kadrların təbii rotasiyası olduğunu düşünür.

Kristian Horner: “Gedən mütəxəssislərin çoxu vacib rol oynayırdı, lakin komandada 1500 nəfər çalışır və biz heyətdəki bir çox dəyişikliklərə qabaqcadan hazırlaşırıq. Bu rotasiyadır, bütün komandalar belə işləyir.

Bizim Ədrian Nyui ilə möhtəşəm təcrübəmiz oldu, biz nailiyyətlərimizi böyük coşqu və qürurla xatırlayırıq. Amma o, yeni çağırışı qəbul etməyə qərar verdi. Biz bilirdik ki, bu baş verəcək. Ədrian son on il ərzində təqaüdə çıxmaq ərəfəsində idi və biz buna hazırlaşırdıq. Bu, Conatan Vitlinin getməsinə də aiddir”.

Son 12 ay ərzində Red Bull güc qurğuları layihəsi üzərində işləmək üçün 250 nəfərə yaxın işçi, o cümlədən yeni istehsal sexi üçün işə götürüb: “Heç kim Mercedes-dən aldığımız 200-dən çox mühəndisdən danışmır, mətbuat sadəcə iki işdən gedən əməkdaşa böyük diqqət ayırır, çünki onlar daha çox ictimaiyyət arasında tanınırdılar”.

Seçilən
14
f-1.az

1Mənbələr